Bilgəh çimərliyində qadınlar qarət olundu

Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən çimərliklərin birindən 2 nəfər qadının çantasından pul və mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən meqale.com-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.