Bir reklamdan 1,8 milyon manat qazanacaq
Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ qazanacağı məbləğlə müzakirələrə səbəb olub.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, film və serial ulduzuna reklam çəkilişi üçün yüksək qonorar ödəniləcək.
O, siması olduğu geyim markasından 44 milyon lirə (1,8 milyon manat) pul götürəcək.
Qeyd edək ki, Kıvanç Tatlıtuğun aktyor kimi son işi yeri "Ailə" serialı olub.