Birinci Qarabağ müharibəsinin şəhidi Rövşən Əliyev dəfn olundu - YENİLƏNİB
Bu gün Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rövşən Məcid oğlu Əliyevlə Xırdalan şəhərində vida mərasimi keçirilib.
meqale.com Trend-ə istinadən bildirir ki, şəhidin nəşi Xırdalan qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Rövşən Məcid oğlu Əliyev 1973-cü il martın 20-də Xırdalanda anadan olub. O, 1992-ci il noyabrın 11-də Laçın rayonunun Təzəkənd kəndində itkin düşüb.
--------
11:29
Bu gün Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Rövşən Məcid oğlu Əliyevin nəşi Xırdalan şəhərində ailəsinə təhvil verilib.
meqale.com Trend-ə istinadən bildirir ki, şəhidlə vida mərasimi Xırdalanda keçirilir.
Mərasimdə mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Rövşən Məcid oğlu Əliyev 1973-cü il martın 20-də Xırdalanda anadan olub. O, 1992-ci il noyabrın 11-də Laçın rayonunun Təzəkənd kəndində itkin düşüb.
R.Əliyev Xırdalan qəbiristanlığında dəfn olunacaq.