“Bizi ləkələmək istəyirlər” - Tofiqdən saxlanılmasına reaksiya

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev xuliqanlıq hərəkətlərinə görə məsuliyyətə cəlb edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, o, bu barədə Baku TV-yə danışıb.

Tanınmış idmançı məsələyə belə münasibət bildirib:

"Yayılan xəbərlər boş-boş şeylərdir. Ölkənin bayrağını ucaldan, müharibədə can qoyan idmançılara hörmət eləsinlər, biz bu millət üçün canımızdan, qanımızdan keçmişik. Bunlar deyəsən, bizi ləkələmək istəyirlər".

Tofiq Musayev yayılan xəbərləri təkzib etsə də, DİN-dən "Qafqazinfo"ya fakt təsdiq edilib. T.Musayev barəsində həbs növü olmayan digər qətimkan tədbiri seçilib.

Hazırda xuliqanlıq maddəsi ilə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.