Boksçumuz Olimpiya lisenziyasının 2 addımlığında
İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, yarışın beşinci günündə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Zeynəb Rəhimova çıxıb.
54 kq çəkidə mübarizə aparan boksçu 1/16 final mərhələsi çərçivəsində Aqerie Bayevlə (Efiopiya) üz-üzə gəlib. Döyüş Rəhimovanın qələbəsi ilə başa çatıb. O, ilk raundda rəqibini tam üstünlüklə məğlub edib.
Bununla da ardıcıl ikinci qələbəsini qazanan Zeynəb 1/8 finala yüksəlib və Paris-2024 Yay Olimpiya Oyunları üçün lisenziyaya bir addım da yaxınlaşıb. Yığma üzvü üçüncü qarşılaşmasına martın 9-da çıxacaq. O, növbəti 2 görüşünü də qalib kimi başa vuracağı halda, Fransa paytaxtına vəsiqə qazanacaq.