Bolqarıstan millisinin hücumçusu: “Onların “Bayer”ə qarşı necə oynadıqlarını gördük”

"Azərbaycan daha ciddi komandadır".

Bolqarıstan millisinin hücumçusu: “Onların “Bayer”ə qarşı necə oynadıqlarını gördük”
"Azərbaycan daha ciddi komandadır".

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu Bolqarıstan millisinin futbolçusu Aleksandar Kolev deyib.

31 yaşlı hücumçu Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, komandamızı yaxşı təhlil ediblər: "Azərbaycan yığmasının yarısı "Qarabağ"da oynayır. Onların "Bayer"ə qarşı necə oynadıqlarını gördük. Hər şey özümüzdən asılıdır. Ümid edirəm ki, Tanzaniya üzərində qələbə bizdə bir az da inam yaradacaq. 1,5 il idi ki, qalib gəlmirdik. Təbii ki, yük hamının üzərinə düşür. Çox yaxşı oyunçularımız var. Qələbəyə və yaxşı oyuna ümid edirik".