Britaniyada elektron siqaretlər qadağan ediləcək
Britaniya hökuməti ölkədə birdəfəlik istifadə üçün nəzərdə tutulan elektron siqaretlərin satışını qadağan edən qanun layihəsini parlamentə təqdim edəcək.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisinin bəyanatında deyilir.
Qeyd olunur ki, qadağanın Britaniyada iki il ərzində birdəfəlik elektron siqaretdən istifadə edən 11-17 yaşlı yeniyetmələrin sayının təxminən doqquz dəfə artması fonunda tətbiq olunması istənilir.