Bu 3 vərdiş 20-40 yaş arası şəxslərdə ürək tutması riskini artırır
Ürək-damar xəstəlikləri artıq yalnız yaşlılara aid problem deyil.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, kardioloq Uzm. Dr. Yusuf Altınkaynakın sözlərinə görə, xüsusilə 20-40 yaş arası gənclərdə ürək tutması halları ciddi şəkildə artıb. Mütəxəssis bildirir ki, hərəkətsiz həyat tərzi, stres və zərərli qidalanma vərdişləri gənclərin ürəyində "saatlı bomba" effekti yaradır.
Aşağıdakı xüsusiyyətlərə sahib gənclər daha yüksək risk daşıyır:
Bu şəxslərdə nəfəs darlığı, sinə ağrısı, halsızlıq və ani ürək döyüntüsü kimi əlamətlər daha erkən yaşda ortaya çıxa bilər.
Dr. Altınkaynak xəbərdarlıq edir: "Gənclərdə bəzən sinə ağrısı olmadan da ürək tutması başlaya bilər. Halsızlıq, ürəkbulanma və qəfil döyüntü də təhlükənin ilk işarəsi ola bilər."
Ürək Tutmasını Tətikləyən 3 Zərərli Vərdiş
Bu vərdişlər damarların sərtləşməsinə, yağlanmasına və gənc yaşda damar tıxanmasına səbəb olur.
Ürək Sağlamlığını Qorumaq Üçün TÖVSİYƏLƏR
Həftədə ən azı 3-4 dəfə yüngül hərəkət və ya sürətli gəzinti Siqaret və enerji içkilərindən uzaq durmaq Tərəvəz, meyvə, tam taxıl və sağlam yağlarla qidalanmaq Fast-food və şəkərli içkiləri məhdudlaşdırmaq Gec yatmamaq və kifayət qədər yuxu almaq Stresi idarə etmək - nəfəs məşqləri, açıq havada gəzişmək
Ailəsində ürək xəstəliyi olan və ya siqaret çəkən gənclər - 20 yaşdan etibarən, risk faktoru olmayanlar - 30 yaşdan sonra mütəmadi ürək müayinəsinə başlamalıdır.
Bu müayinələr zamanı təzyiq, şəkər, xolesterol ölçülür, lazım gələrsə EKQ və efor testi ilə ürək dəyərləndirilir.