Bu ərazilərdə qanunsuz tikililər söküldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

meqale.com FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Abşeron rayonunun Xırdalan şəhəri və Mehdiabad qəsəbəsi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun