Bu ərazilərdə suyun verilməsində fasilə yaranıb

Sumqayıt şəhərinin bəzi ərazilərində içməli suyun verilişində müvəqqəti kəsinti müşahidə olunur.

Bu ərazilərdə suyun verilməsində fasilə yaranıb
Sumqayıt şəhərinin bəzi ərazilərində içməli suyun verilişində müvəqqəti kəsinti müşahidə olunur.

ADSEA-dan meqale.com-a verilən məlumata əsasən, kəsinti ərazidə baş verən içməli su borusunda qəza ilə bağlıdır. Hazırda qəzanın aradan qaldırılması üzrə işlər Sumqayıt Sukanal İdarəsinin əməkdaşları tərəfindən davam etdirilir.

Məlumatda qeyd olunub ki, işlərin axşam saatlarına qədər yekunlaşdırılması planlaşdırılır və suyun verilişi tam bərpa olunacaq.