Bu şəxslərin pensiyasının üzərinə faiz gələcək - Ekspertdən AÇIQLAMA
Azərbaycanda hər il sosial sahədə mühüm yeniliklər baş verir. Bu proses 2024-cü ildə də davam edəcək.
Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov jurnalistlərə açıqlamasında deyib ki, cari il üçün əmək pensiyalarının indeksləşdirilmə əmsalı olaraq 10,8 faiz proqnoz gözlənilir.
"Yəqin ki, fevral ayının əvvəlində bu indeksləşdirmə həyata keçiriləcək. Fevral ayında həm yanvar, həm də fevral ayının indeksləşmə xərci vətəndaşı pensiyasına əlavə edilərək ödənilənəcək".
Pensiyaların indeksləşdirilması nəticəsində nə qədər artım olacaq?
meqale.com xəbər verir ki, iqtisadçı ekspert Eyyub Kərimli Day.Az-a açıqlamasında pensiyaların indektisaslaşmasının detalları barədə danışıb.
"Məlumdur ki, 2023-cü ildə minimum əməkhaqqı 11 faiz civarında artırılıb. Ona görə də pensiyaların indektisaslaşmasına ehtiyac yaranmışdı. Bu qərar 1 milyon 100 min əmək pensiyaçısına aiddir. Məsələn, bu gün kimsə 400 manat pensiya alırsa, indektisaslaşmanın icrasına başlanıldıqdan sonra 444 manat alacaq. Yəni pensiyasında 44 manatlıq artım olacaq. Pensiyalarla bağlı yeni qərar vətəndaşın büdcəsinə müsbət təsir göstərəcək".
Müasir dövrdə dünyada özəl pensiya fondları öz effektivliyi ilə diqqət çəkir. Artıq uzun illərdir dünyanın bir çox ölkələrində belə fondlar əhaliyə xidmət göstərir.
Azərbaycanda da özəl pensiya fondlarının yaradılması üçün işlərə başlanılıb. Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov jurnalistlərə açıqlamasında bildirib ki, bir ay ərzində layihələr aidiyyəti qurumlara göndəriləcək.
"Fondun yaradılması istiqamətində hazırlanan qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində və aidiyyəti qurumlarla razılaşdırma prosesini aparırıq. Bu prosesin yekununda müvafiq layihələr Milli Məclisə təqdim olunacaq",
Bəs özəl pensiya fondları ilə dövlət pensiya fondu arasında hansı fərqlər var?
İqtisadçı Eyyub Kərimli bildirib ki, özəl pensiya fondlarının fəaliyyətə başlaması bu sektorun təkmilləşdirilməsinə xidmət edir.
"Dünyada özəl pensiya fondlarının effektivliyi sübut olunub. Bu istiqamətdə ən mühüm addımları inkişaf etmiş dövlətlər, xüsusilə Avropa ölkələri və ABŞ atıb. Qeyd edilən fondların üstünlüyü ondan ibarətdir ki, ilk növbədə vətəndaş hansı fondu istəsə, onu da seçmək imkanı əldə edir. Digər tərəfdən özəl pensiya fondlarına yığılan vəsait müxtəlif istiqamətlərdə investisiya kimi istifadə olunur. Ən mühüm məsələlərdən biri vətəndaşın özəl pensiya fondundakı kapitalının üzərinə faiz gəlməsidir. Elə bilin ki, pulu bank depozitinə qoyursunuz və üstünə faiz gəlir. Həmçinin belə fondlarda yığılan pensiya kapitalından vəfat etmiş şəxsin varisləri də istifadə edə biləcəklər. Təbii ki, bu məqam gələcəkdə daha çox pensiya vəsaitinin əldə olunmasına şərait yaradır".
Özəl pensiya fondlarına ciddi dövlət nəzarətinin olmasının vacibliyini vurğulayan ekspert bildirib ki, bu pensiya fondlarının fəaliyyət göstərməsi, həm də dövlətin sosial yükünü azaltmış olar.