Bu tarixədək elektron reseptə tam keçid təmin ediləcək
Bu il yanvar ayının 1-dən elektron resept sisteminin ölkə ərazisində fəaliyyət göstərən bütün tibb müəssisələrində tətbiqinə başlanılıb.
Mİlli.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sistemə həm özəl, həm də dövlət tibb müəssisələrində tam keçid mərhələli şəkildə ilin sonuna kimi təmin ediləcək.