Bu yolda avtobusların sürəti artırıldı
Bakı-Sumqayıt yolu istiqamətində xüsusi hərəkət zolaqları təşkil edildikdən sonra avtobusların orta hərəkət sürəti 14 km/saat artıb, sərnişinlərin səfər müddəti isə 25 dəqiqə azalıb.
Bu barədə Millli.Az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.