“Caspian Energy Club Czechia” Çexiya-Azərbaycan şirkətləri üçün şəbəkə platforması yaradır

"Caspian Energy Club Czechia" Çexiya-Azərbaycan şirkətləri üçün şəbəkə platforması yaradır.

“Caspian Energy Club Czechia” Çexiya-Azərbaycan şirkətləri üçün şəbəkə platforması yaradır
"Caspian Energy Club Czechia" Çexiya-Azərbaycan şirkətləri üçün şəbəkə platforması yaradır.

meqale.com xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində "Caspian Energy Club Czechia" Çexiyadakı şirkətinin İdarə Heyətinin sədri Zaur Qədirov deyib.

Zaur Qədirov bildirib ki, "Caspian Energy Club"un Çexiyadakı rəsmi nümayəndəsi olan "Caspian Energy Club Czechia" ölkədə fəaliyyətini aktivləşdirir.

2023-cü ilin yanvar ayında "Caspian Energy Club Czechia" şirkəti Çexiyada ilk dəfə "CEO Breakfast Prague", daha sonra fevral ayında "CEO Lunch Prague", mart ayında isə beynəlxalq "Caspian Energy Investment Forum Prague - 2023" kimi bir sıra tədbirlər təşkil edib.

İdarə Heyətinin sədrinin sözlərinə görə, forum 2023-cü ilin ilk böyük hadisələrindən biri olub.

"Caspian Energy Club" və "Caspian Energy Club Czechia"nın birgə təşkilatçılığı ilə baş tutmuş 13-cü Beynəlxalq "Caspian Energy Investment Forum Prague - 2023" Çexiyanın sabiq baş naziri Yan Fişer, Azərbaycanın energetika nazirinin müşaviri Vüsal Rəcəbli və bir çox dövlət rəsmilərinin iştirakı ilə keçirilib. Tədbirin əsas mövzularını yeni imkanlar və perspektivlər, "yaşıl" enerji, Avropanın enerji təhlükəsizliyi, texnoloji tərəqqi və rəqəmsallaşma, eləcə də, Çexiyanın investisiya potensialı təşkil edib. Hər il keçirilməsi planlaşdırılan bu tədbir investisiya cəlbi və müxtəlif ölkələrlə ticarəti şaxələndirmək məqsədi daşıyır", - o deyib.

Zaur Qədirov, həmçinin, qeyd edib ki, 2023-cü il ərzində süni intellektin inkişafı və tətbiqi, maliyyə texnologiyaları, turizm mövzularına həsr edilmiş bir neçə "CEO MeetUp" təşkil olunub.

"Bu tədbirlər əsnasında "Caspian Energy Club" üzvlərinə bizneslərini təqdim etmək, işgüzar əlaqələr qurmaq, problemləri müzakirə etmək və təkliflər irəli sürmək imkanı verilir", - deyə o vurğulayıb.

İdarə Heyətinin sədri "Caspian Energy Club Czechia"nın Çexiya və Azərbaycan şirkətlərinin öz xidmətlərini təqdim etməsi və ələqələr qurması üçün şəbəkə platforması yaratdığını bildirib.

"Caspian Energy Club Czechia" müxtəlif görüş və müqavilələrdə aktiv iştirak edir. Misal üçün, ötən il Çexiya nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib, orada Azərbaycan Respublikasının Energetika Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və digər dövlət qurumlarının nümayəndələri ilə görüşüblər. Həmçinin, ötən il ərzində biz Azərbaycan Respublikası, Almaniya Federativ Respublikası, İsrail, Macarıstan, Türkiyə Respublikasının diplomatik nümayəndəlikləri ilə görüşlər təşkil etmişik. Çexiyanın Sənaye və Ticarət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər dövlət idarələri ilə fəal iş görür və əlaqə saxlayırıq. Bu əlaqələr vasitəsilə Azərbaycan və Çexiya arasındakı biznes əlaqələrini genişləndirməyə çalışırıq. Bu məqsədlə Çexiya və Azərbaycan şirkətlərinin öz xidmətlərini göstərə bilməsi və əlaqələr yarada bilməsi üçün networking platforması yaradırıq", - deyə Zaur Qədirov bildirib.

Gələcək planlardan danışan İdarə Heyətinin sədri 2024-cü ildə "Caspian Energy Club Czechia"nın növbəti "CEO MeetUps" seriyasını keçirməyi planlaşdırdığını deyib.

"2024-cü ildə "Caspian Energy Club Czechia" maliyyə, insan resursları, süni intellekt məsələlərinə həsr olunmuş bir sıra "CEO MeetUp"lar, eləcə də, neft-qaz və enerji sektoruna həsr olunmuş "Caspian Energy MeetUp"lar keçirməyi planlaşdırır. 16 - 18 may tarixləri ərzində Çexiya, Azərbaycan, Türkiyə, Özbəkistan, bir sıra Avropa ölkələrinin həm özəl, həm də dövlət sektorunun nümayəndələrinin iştirakı ilə tekstil sənayesinin məsələlərinə həsr olunacaq forum keçirməyi planlaşdırırıq.

Bundan başqa, "Caspian Energy Club"un Türkiyə və Özbəkistan ofisləri ilə birgə Çexiyada tekstil forumunun keçirilməsi planlaşdırılır. Beləliklə, forumda Azərbaycan, Türkiyə və Özbəkistanın tekstil şirkətləri təmsil olunacaq ki, bu da yeni müqavilələrin imzalanmasına səbəb olacaq və şirkətlərin təkcə Çexiya bazarına deyil, həm də Arvopa bazarlarınaa çıxmasına imkan verəcək. 2024-cü ildə Çexiya nümayəndə heyətinin Bakıya və Azərbaycanın digər bölgələrinə səfərləri planlaşdırılıb. Özəl və dövlət sektorunun nümayəndələri ilə ikitərəfli görüşlərin məhsuldar və hər iki ölkə üçün səmərəli olacağına ümid edirik", - deyə Zaur Qədirov əlavə edib.

İdarə heyətinin sədri son olaraq, noyabr ayında Azərbaycanda ilin əsas tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransının (COP29) keçiriləcəyini xatırladıb.

"Caspian Energy Club Czechia" tədbirin keçirilməsində Azərbaycana hər cür dəstək göstərəcək. Artıq bu mövzuda tədbirlərin iki mərhələsi planlaşdırılıb", - deyə o sonda deyib.