“Cavanşir Quliyev hazırda əməliyyatdadır”
"Sevimli bəstəkarımız Cavanşir Quliyev hazırda əməliyyatdadır".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkə hesabında yazıb.
"Ailəsi ilə indi əlaqə saxladım, 2-3 saat sonra vəziyyəti ilə bağlı dəqiq məlumat verəcəklərini bildirdilər. Bəstəkarımıza Allahdan şəfa diləyirik", - deyə şöbə müdiri əlavə edib.