Rusiyanın iki hava limanı bağlandı
Rusiyanın Samara və Volqoqrad hava limanları müvəqqəti olaraq bağlanıb.
meqale.com xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.
Volqoqrad və Samara hava limanlarında uçuşlara məhdudiyyətlər qoyulub.
"Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün lazımdır", - Rosaviasiya yazır.
Volqoqradda artıq dekabrın 7-də axşam saatlarında məhdudiyyətlər tətbiq edilib.Onlar dekabrın 8-nə keçən gecə ləğv edilib.Digər ərazilərdə qoyulan məhdudiyyətlər isə davam edir.