ÇL-nin ən yaxşı oyunçusu o oldu
2023/2024 mövsümü üçün UEFA Çempionlar Liqasının ən yaxşı oyunçusu məlum olub.
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
Belə ki, bu ada "Real Madrid"in hücumçusu Vinisius Junior layiq görülüb.
Braziliyalı Çempionlar Liqasının son kampaniyasında 10 matçda iştirak edib və 11 (6+5) qol vurub.
Xatırladaq ki, "Real Madrid" ÇL-nin finalında "Borussiya Dortmund" komandasını 2:0 hesabı ilə məğlub edərək tarixində 15-ci dəfə bu titulun sahibi olub.