COP29 Azərbaycanın xarici siyasətinin prioritetləri baxımından vacib əhəmiyyət daşıyır

Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı dünya əhəmiyyətli tədbirdir.

COP29 Azərbaycanın xarici siyasətinin prioritetləri baxımından vacib əhəmiyyət daşıyır
Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı dünya əhəmiyyətli tədbirdir.

meqale.com xəbər verir ki, bunu Trend-in suallarını cavablayarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O qeyd edib ki, dünyada çox aktual və vacib məsələlərin müzakirəsini təşkil edən az sayda qlobal platforma var.

"Bunlardan biri də COP tədbirləridir. Ötən il Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 tədbirində bir sıra məsələlərlə bağlı fikir ayrılığı yaranmışdı. Bunların aradan qaldırılması üçün Bakıdakı tədbirə böyük ehtiyac və gözləntilər var. Bu, həm inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında müəyyən məsələlərlə bağlı fikir ayrılığının aradan qaldırılması ilə bağlıdır.

Bakıda keçiriləcək COP29-da iqlim dəyişikliyi, ənənəvi və alternativ enerji resurslarının gələcək istehsalı, istehlakı ilə bağlı bəyanatın imzalanması üçün böyük şans var. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub".

Ekspertin sözlərinə görə, məlumdur ki, 2009-cu ildə Kopenhagendə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqlim dəyişiklikləri ilə mübarizəyə görə yardımın əsas hədəfləri ilə bağlı rəqəm müəyyənləşdirilib.