COP29-un Təşkilat Komitəsinin sədri Samir Nuriyev tapşırıqlar verdi - FOTO
Avqustun 27-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin sədri Samir Nuriyevin rəhbərliyi altında Təşkilat Komitəsinin bir sıra üzvləri Bakı Olimpiya Stadionuna baş çəkiblər.
meqale.com Trend-ə istinadən xəbər verir ki, əvvəlcə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlıq prosesinin gedişatı barədə təqdimat keçirilib.
Sonra Prezident Administrasiyasının rəhbəri və onu müşayiət edən şəxslər Mavi və Yaşıl zonalar, o cümlədən Liderlər Sammiti, ölkə pavilyonları, plenar zallar, əlavə tədbirlər, media üçün ayrılmış məkan və digər məntəqələrə baxış keçirib, infrastrukturun qurulması üzrə aparılan işlərlə tanış olublar.