Daha bir cüdoçumuz dünya çempionu oldu - FOTO

Azərbaycan yığmasının cüdoçusu Zelim Kotsoyev tarixi uğura imza atıb.

Daha bir cüdoçumuz dünya çempionu oldu - FOTO
Azərbaycan yığmasının cüdoçusu Zelim Kotsoyev tarixi uğura imza atıb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, o, 3-cü dünya çempionatında medal qazanıb.

Zelim Abu-Dabidə keçirilən mundialda fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bundan əvvəl Kotsoyev 2021-ci ildə Daşkənd, 2023-cü ildə isə Dohada keçirilən mundiallarda medal qazanıb. Onun qazandığı medalların əyarı bürünc olmuşdu.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 2-ci qızılını qazanıb. BƏƏ-də ilk uğura Hidayət Heydərov (73 kq) imza atıb.