Daha bir milyarder "Titanik"i görməyə gedəcək

Ohayodan olan milyarder Larri Konnor batmış "Titanik"ə enişini təkrarlamaq niyyətindədir.

Daha bir milyarder
Ohayodan olan milyarder Larri Konnor batmış "Titanik"ə enişini təkrarlamaq niyyətindədir.

meqale.com axşam.az-a istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

"Mən bütün dünyada insanlara göstərmək istəyirəm ki, okean son dərəcə güclü olsa da, ona düzgün yanaşsanız, gözəl və zövqlü ola bilər və həqiqətən həyatı dəyişə bilər" deyə, o bildirib.

İdeyasını həyata keçirmək üçün iş adamı "Triton Submarines" şirkətinin yaradıcısı və rəhbəri Patrik Laheyə müraciət edib.

Konnorun sözlərinə görə, Lahey 10 ildən artıqdır ki, sualtı qayığı dizayn edirdi.

Onların hər ikisi artıq 20 milyon dollar dəyərində olan "Triton 4000/2 Abyssal Explorer" adlı iki nəfərlik sualtı qayıqda "Titanik"ə 12,400 futdan çox (təxminən 3,7 km) dərinliyə enməyə hazırdırlar.

Qeyd edək ki, ötən il iyunun 18-də "Titanik"ə ekspedisiya zamanı "Titan" batiskafı qəzaya uğramışdı. Gəmini görməyə gedənlər arasında britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, "OceanGate Expeditions" şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, pakistanlı iş adamı 48 yaşlı Şahzadə Davur və 19 yaşlı oğlu, 1 pilot və 1 bələdçi idi. Hadisənin baş verməsinə səbəb suyun təzyiqindən sualtı qayıqda içəriyə doğru partlayış baş verməsi olub.