Türkiyədə də dabaq xəstəliyi aşkarlandı - Karantin elan olundu
Türkiyənin Mudurnu rayonunda dabaq xəstəliyi aşkarlanıb.
meqale.com xəbər verir ki, 18 kənd və 4 məhəllədə karantin elan olunub.
Xəstəliyin yayılmasının qarşısını almaq üçün heyvanların hərəkəti dayandırılıb, yalnız nəzarət altında kəsim məntəqələrinə daşınmasına icazə veriləcək.
Karantin tətbiq edilən yaşayış məntəqələri arasında Esenkaya, Pelitözü, Karataş, Kilözü, Bostancılar, Ormanpınar, Dolayüz, Karşıköy, Delice, Munduşlar, Hüsamettindere, Gelinözü, Gürçam, Tımaraktaş, Yeniceşeyhler, Sürmeli, Fındıcak və Karapınarkavağı kəndləri, həmçinin Yıldırım Beyazıt, Musalla, Kaygana və Karacakaya məhəllələri yer alır.
Mudurnu Heyvan Bazarı da xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə müvəqqəti olaraq bağlanıb. Rəsmi qurumlar sakinləri və heyvan sahiblərini karantin qaydalarına ciddi riayət etməyə, xəstəlik əlamətləri müşahidə edilən heyvanlar barədə dərhal məlumat verməyə çağırıb.