Papikyan çıxış etdi, hər kəsin telefonu əlindən alındı
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının qapalı iclası keçirilib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, iclas iştirakçıları Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidmətinin 2023-cü il büdcəsinin icrasına dair hesabatı müzakirə ediblər.
Bildirilib ki, müdafiə naziri Suren Papikyanın çıxışından öncə iclasda iştirak edənlərin telefonları əllərindən alınıb.