Daha bir tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Magerramov" ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.

Daha bir tiktokerin həbs müddəti uzadıldı
Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Magerramov" ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.

Bu barədə qərar Bakı şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib. 

Belə ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti 2 ay uzadılıb.

Bundan əlavə, Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimovun da həbs müddəti uzadılıb.