Dəhşət vaxtı məşhur aktyor da orada olub - FOTO
Martın 22-si "Crocus City Hall"da baş verən terror aktı zamanı rusiyalı məşhur aktyor Sergey Svetlakov da orada olub.
meqale.com axşam.az-a istinadən bildirir ki, bu barədə aktyor sosial şəbəkədə özü məlumat yayıb.
O, "Piknik" qrupunun konsertini izləmək üçün sözügedən məkanda olduğunu bildirib.
Aktyor hadisədən sonra "Biz sağıq... Hər kəsə başsağlığı diləyirəm... Dəhşət idi" sözlərini yazıb.