DİN: Ağstafada 37 yaşlı kişini bıçaqlayana şəxs saxlanılıb - YENİLƏNİB

-------

DİN: Ağstafada 37 yaşlı kişini bıçaqlayana şəxs saxlanılıb - YENİLƏNİB
-------

08:26

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N. Babayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, 1991-ci il təvəllüdlü Mahir Kazımov saxlanılıb.

meqale.com xəbər verir k, bu barədə DİN-Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Faktla bağlı araşdırmalar davam etdirilir

-------

08:26

Ağstafada bıçaqlanma baş verib.

meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

1987-ci il təvəllüdlü Nurən Babayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal o əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə N.Babayev naməlum şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.