“Dinamo” Mahirsiz darmadağına üzüldü

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

“Dinamo” Mahirsiz darmadağına üzüldü
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

meqale.com publika.az-a istinadən xəbər verir ki, sözügedən komanda 4-cü turdan təxirə salınmş oyunda Zaqreb "Lokomotiv"i ilə qarşılaşıb.

Paytaxt derbisi "Dinamo"nun məğlubiyyəti ilə bitib - 0:3.

Emreli bu matçın iştirakçısı olmayıb. Zədəli olan azərbaycanlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

"Dinamo" hazırda turnir cədvəlində 34 xalla 3-cü pillədə qərarlaşıb.