Diqqət! Bu proqramları dərhal silin, yoxsa məlumatlarınız ələ keçiriləcək

Dünyanın ən populyar internet brauzeri olan "Google Chrome"un 16 əlavəsində zərərli "extension" aşkar edilib.

Diqqət! Bu proqramları dərhal silin, yoxsa məlumatlarınız ələ keçiriləcək
Dünyanın ən populyar internet brauzeri olan "Google Chrome"un 16 əlavəsində zərərli "extension" aşkar edilib.

meqale.com xəbər verir ki, bu təhlükəsizlik boşluğundan 3,2 milyondan çox istifadəçi təsirlənib.

GitLab Threat Intelligence qrupunun araşdırmasına görə bu zərərli əlavələr istifadəçilərin brauzerlərində boşluqlar yaradır və reklam fırıldaqçılığı, eləcə də axtarış sistemi manipulyasiyası kimi fəaliyyətlər üçün istifadə olunurdu. Mütəxəssislər bildirir ki, əlavələr əvvəlcə təhlükəsiz olub, lakin sonradan hakerlər tərəfindən ələ keçirilərək zərərli yeniləmələrə məruz qalıb.

Zərərli kodlar vasitəsilə şəxsi məlumatların oğurlandığı, istifadəçilərin aldadıcı vebsaytlara yönləndirildiyi və leqal reklamların dəyişdirildiyi müəyyən edilib.

Bu əlavələri dərhal silin:

Adblocker for Chrome Adblock for You NoAds Nimble Capture KProxy Page Refresh Wistia Video Downloader WAToolKit Blipshot Emojis (Emoji Klavyesi) Color Changer For YouTube Video Effects for YouTube and Audio Enhancer Themes for Chrome and YouTube Picture in Picture Mike Adblock für Chrome Super Dark Mode Emoji Keyboard Emojis for Chrome

Google artıq bu zərərli əlavələri Chrome Web Mağazasından silib. Ancaq əgər daha əvvəl bu əlavələrdən birini yükləmisinizsə, onu manual şəkildə silməyiniz və cihazınızı virus yoxlamasından keçirməyiniz tövsiyə olunur.