Həmədanda hərbi vəziyyət elan olundu
İranın Həmədan vilayətinin Əsədabad şəhərində repressiv qüvvələr insanlara atəş açıb.
meqale.com "Azad İran"a istinadən xəbər verir ki, bölgədə hərbi vəziyyət elan olunub.
Məlumata görə, Həmədanın bəzi bölgələrində hökumət qüvvələri səsgücləndiricilərlə vəziyyətin normal olmadığını və hər kəsin mağazaları bağlayaraq evlərinə getməli olduğunu elan ediblər.
Qeyd edək ki, İranda etirazlar ölkə valyutasının kəskin dəyər itirməsi və sosial-iqtisadi vəziyyətin pisləşməsi fonunda baş verir. Bəzi ərazilərdə etirazlar iğtişaşlarla müşayiət olunur.