Dünənki qəzada ölən ana və ata ilə bağlı ürəkdağlayan fakt - əsgər oğullarının... - VİDEO

Xəbər verdiyimiz kimi, Yevlax-Zaqatala yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəkidə ağır qəza - iki ölü var - Yenilənib - FOTO 

meqale.com oxuya istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayımlanıb.

Qeyd olunub ki, Yevlax-Zaqatala yolunda oğullarının əsgər görüşündən qayıdan ailənin olduğu maşın TIR ilə toqquşub və hadisə nəticəsində iki nəfər həyatını itirib.

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanladıq.

İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

O, qeyd edib ki, hadisə avqustun 11-də saat 13 radələrində Yevlax-Zaqatala yolunun 17-ci kilometrliyində, Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisində baş verib.

"Zaqatala rayon sakini, 1986-cı il təvəllüdlü Rəmin Camal oğlu Abdullayevin idarə etdiyi "Opel" markalı, 99-DO-514 dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayon sakini, 1969-cu il təvəllüdlü Həsən Ağahəsən oğlu Məmmədovun idarə etdiyi MAN markalı, 99-JG-023 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.