Dünyanın ilk superkarının yeni modeli təqdim edildi - FOTOlar

Yaponiyanın "Liberty Walk" tüninq studiyası Tokio Avtomobil Salonunda "Lamborghini Miura" əsasında yeni "LB-Silhouette WORKS GT" modelini təqdim edib.

meqale.com xarici mediaya istinadla xəbər verir ki, bu yeni model tamamilə yeni bir kuzovla hazırlanıb.

"Lamborghini Miura" 1965-ci ildə Cimpaolo Dallaranın iştirakı ilə yaradılıb və dizaynı "Bertone" studiyasında Marçello Qandini tərəfindən həyata keçirilib.

1966-cı ildə satışa çıxan avtomobil 275 km/saat (178 mil/saat) sürəti ilə "AC Cobra Mk III 427"ni geridə qoyaraq, ən sürətli yol avtomobili olub. "Lamborghini Miura", tarixdə ilk superkar hesab olunur və bu gün onun dəyəri milyonlarla dollar təşkil edir.