Durovdan sevgilisinə 52 min dollarlıq HƏDİYYƏ - FOTO

"Telegram" mesencerinin yaradıcısı Pavel Durov sevgilisi Yuliya Vavilovanın 25 yaşını təbrik etmək üçün qeyri-adi bir hədiyyə seçib. O, sevgilisinə təxminən 52 500 dollar dəyərində "Plush Pepe" adlı rəqəmsal aktiv alıb.

meqale.com-ın məlumatına görə, biznesmen bu barədə özünün "Telegram" kanalından bildirib.

Onun sözlərinə görə, Vavilova çəhrayı-bənövşəyi kiberpank estetikasında əşyalar kolleksiyalaşdırır.

Analitiklər qeyd ediblər ki, son vaxtlar o, ən azı iki belə NFT alıb. İkinci rəqəmsal əsər ona 12 000 dollara başa gəlib.