Əfsanəvi aktrisanın vəziyyəti ağırlaşdı - FOTO
Fransanın əfsanəvi aktrisası və müğənnisi 91 yaşlı Bricit Bardo Tulon şəhərində özəl klinikaya yerləşdirilib. Məlumata görə, o, əməliyyat olunduqdan sonra müalicəsini burada davam etdirir.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, son üç həftədir Bardo Tulondakı klinikada həkim nəzarətindədir. O, Sen-Tropezdəki malikanəsini tərk edərək təcili şəkildə xəstəxanaya aparılıb.
Həkimlər onun yaxın günlərdə evə buraxılacağını bildirirlər, lakin səhhəti hələ də narahatlıq doğurur.
Bricit Bardo 1950-1960-cı illərin Fransa kinosunun simvolu hesab olunur. "Allah Qadını Yaratdı" və "Jül və Cim" filmləri ilə məşhurlaşıb. Təxminən 47 bədii filmdə rol alıb. Musiqi sahəsində də fəaliyyət göstərib, 30-a yaxın mahnı ifa edib.