Əfsanəvi futbolçunun oğlu Madrid klubunda - FOTO
İtaliya millisinin və "Roma"nın əfsanəvi hücumçusu Françesko Tottinin böyük oğlu Kristian İspaniyanın "Rayo Valyekano" klubuna keçib.
meqale.com lente istinadən bildirir ki, 18 yaşlı hücumçu artıq Madrid klubu ilə ilk məşqini keçirib.
"Roma" akademiyasının yetirməsinin məşqini atası da izləyib. 2023-cü ildən oynadığı "Frozinone" ilə müqaviləsinə xitam verən Kristian keçmiş klubunda bu mövsüm 5 oyun keçirib və 1 qola imza atıb.
Qeyd edək ki "Rayo Valyekano" La Liqanın 20 turunda 23 xal toplayaraq 13-cü yerdə qərarlaşıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun