Əfsanəvi tennis məşqçisi öldü
Avqustun 23-də səhər saatlarında isveçli tennis məşqçisi Peter Lundqrenin ürəyi dayanıb.
meqale.com publika.az-a istinadən xəbər verir ki, keçən il 59 yaşlı mütəxəssisin infeksiyaya görə sol ayağı amputasiya edilmişdi.
Kişi tennisindəki parlaq karyerası ərzində əfsanəvi məşqçi müxtəlif vaxtlarda Rocer Federer, Sten Vavrinka, Marselo Rios, Markos Baqdatis və Qriqor Dimitrovla çalışıb.
Ötən il Lundqren hazırda dünya reytinqində 181-ci yerdə olan isveçrəli tennisçi Dominik Strikeri çalışdırıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun