Egey dənizində 69 qanunsuz miqrant saxlanıldı

Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən Çanaqqalanın Ayvacık rayonu yaxınlığında rezin qayıq vasitəsilə qanunsuz yollarla dənizi keçməyə cəhd göstərən 39 miqrant saxlanılıb.

meqale.com Trend-ə istinadən bildirir ki, əraziyə baxış zamanı başqa bir rezin qayıqda daha 30 nəfər yaxalanıb.

Aralarında qadın və uşaqların da olduğu miqrantların Əfqanıstan vətəndaşları olduqları müəyyən edilib.