Əli Behiştiyə 15 il verildi

Dövlətə xəyanətdə ittiham edilən Əli Behiştinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Əli Behiştiyə 15 il verildi
Dövlətə xəyanətdə ittiham edilən Əli Behiştinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Ə.Behişti verilmiş ittiham üzrə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əli Behişti Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində keçirilən əməliyyatla həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.