Əli Laricani də prezident olmaq istəyir

İran parlamentinin keçmiş spikeri Əli Laricani növbədənkənar prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib.

Əli Laricani də prezident olmaq istəyir
İran parlamentinin keçmiş spikeri Əli Laricani növbədənkənar prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Tasnim" yayıb. 

Məlumata görə, 66 yaşlı iranlı siyasətçi bu gün sənədlərini təqdim edib.

Xatırladaq ki, İranda növbədənkənar prezident seçkilərinə namizədlərin qeydiyyatı mayın 30-da başlayıb və iyunun 3-nə qədər davam edəcək. Namizədlərin yekun siyahısı iyunun 11-i açıqlanacaq. Seçkiqabağı kampaniya iyunun 12-dən 26-na qədər keçiriləcək. Seçki isə iyunun 28-i təşkil ediləcək. Ehtiyac olarsa, seçkilərin ikinci turu iyulun 5-i baş tutacaq.