Əməkdar artist otel otağında ölü tapıldı - FOTO
Görkəmli fagot ifaçısı və Çaykovski orkestrinin solisti Mixail Şilenkov "Lemar otel"inin otaqlarından birində ölü tapılıb.
meqale.com news24.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
46 yaşlı musiqiçinin meyiti hamam otağında tapılıb.
Şilenkovun ölümünün mümkün səbəbi kimi kəskin ürək-damar çatışmazlığını göstərilib.