Əməkdar artist Rəna Rzayevanın «Əbədi qayıdış» kitabının təqdimatı keçiriləcək

Əməkdar artist, beynəlxalq müsabiqə laureatı, pianoçu Rəna Rzayevanın "Əbədi qayıdış" kitabının təqdimatı keçiriləcək.

Əməkdar artist Rəna Rzayevanın «Əbədi qayıdış» kitabının təqdimatı keçiriləcək
Əməkdar artist, beynəlxalq müsabiqə laureatı, pianoçu Rəna Rzayevanın "Əbədi qayıdış" kitabının təqdimatı keçiriləcək.

Martın 5- də Bakı  Beynəlxalq Muğam  Mərkəzində  Azərbaycan Respublikasının əməkdar artisti, beynəlxalq müsabiqə və festivallar laureatı, pianoçu Rəna Rzayevanın "Əbədi qayıdış" kitabının təqdimatı keçiriləcək. Kitab Böyük Vətən müharibəsindən (1941/1945) sonra ölkənin inkişafına böyük töhfələr vermiş pianoçunun atası, görkəmli siyasi və ictimai xadim Cəmaləddin Rzayevə həsr olunmuşdur. Tədbir çərçivəsində Rəna Rzayeva " Nəsillər Boyu" adlı xüsusi konsert proqramı ilə çıxış edəcək. Proqram Vyana klassiklərindən 21-ci əsrə qədər müxtəlif dövr  bəstəkarlarının əsərlərini əhatə edir (Y.Haydn, N.Metner, A.Əlizadə, R. Həsənova və s.).

Rəna Rzayeva  Azərbaycan Dövlət Konservatoriyasının məzunudur və 1984-cü ildən 2013-cü ilə qədər Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Son altı ildə Avstriyada yaşayır və burada konsert fəaliyyətini davam etdirir. Repertuarında avstriya  bəstəkarlarının əsərləri var. Onlardan :  U.Diter Soika,

R.Frayzitzer, T.Hayn, K. Musalek  misal çəkmək olar. Əsərlərdən bəziləri xüsusi olaraq onun üçün yazılıb və bütün dünyada ifa olunur.

Rəna Rzayeva bütün həyatı boyu dünyanın bir çox ölkələrində solo konsertlərlə çıxış edir: Avstriya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Fransa, İsveçrə, ABŞ, Rusiya, İspaniya, Türkiyə və Misirdə.

Onun repertuarına İ.S.Baxdan başlayaraq müasir bəstəkarlara qədər olan əsərlər daxildir. O cümlədən R. Şumanın "Kreisleriana" kimi mürəkkəb əsərləri,

Paganini , Bramsın  variasiyaları , I. Stravinskinin "Petruschkasuite",

və S. Prokofyevin fortepiano konsertləri, B. Britten, L. Bernşteyn və P. Hindemit.