Ənsarullah itkilərini açıqladı
ABŞ və Böyük Britaniyanın 73 zərbəsi nəticəsində 5 Ənsarullah döyüşçüsü öldürülüb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə üsyançı hərəkatın nümayəndəsi Yəhya Səriya açıqlama verib.
"ABŞ və Böyük Britaniya qüvvələri cümə günü səhər Yəmənin Ənsarullah döyüşçülərinə qarşı havadan, gəmidən və sualtı qayıqlardan silah anbarı, hava hücumundan müdafiə və logistika obyektlərinə zərbələr endirib. Bu hücumlar 5 yəmənli döyüşçünün ölümünə və daha 6 nəfərin yaralanmasına səbəb olub", - o bildirib.