Erlinq Haaland biabırçı məğlubiyyətə görə üzr istədi
İngiltərə çempionu "Mançester Siti"nin 24 yaşlı norveçli hücumçusu Erlinq Haaland Millətlər Liqasının 4-cü turunun oyununda Avstriya yığmasına 1:5 hesabı ilə məğlubiyyətə görə üzr istəyib.
meqale.com lente istinadən xəbər verir ki, Norveç millisinin yeganə qolunu "Atletiko"nun hücumçusu Aleksandr Serlot vurub.
"Hər kəsdən bağışlanma diləyirəm. Mənim tərəfimdən çox pis oyun oldu. Noyabrda biz 6 xal qazanmağa çalışacağıq", - Haaland "Instagram" səhifəsində yazıb.
Noyabrda Norveç Millətlər Liqasında Sloveniya və Qazaxıstan komandaları ilə qarşılaşacaq.