Ukrayna bu əraziləri Rusiyaya verməlidir – Baş nazir

Ukrayna münaqişəyə son qoymaq üçün ərazi güzəştlərinə getməli olacaq.

Ukrayna bu əraziləri Rusiyaya verməlidir – Baş nazir
Ukrayna münaqişəyə son qoymaq üçün ərazi güzəştlərinə getməli olacaq.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko deyib.

Onun sözlərinə görə, Ukrayna və Rusiya hər iki tərəf üçün çox ağrılı olacaq hansısa güzəştə getməlidir:

"Onlar nə gözləyirlər? Ruslar Krımı, Donbas və Luqanskı tərk edəcəklər? Bu qeyri-realdır".

Bu bəyanatlara cavab olaraq Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko qeyd edib ki, ərazi bütövlüyü ilə bağlı heç bir güzəşt ola bilməz:

"Gəlin açıq danışaq: Ukraynada təhlükəsizlik olmasa, nə Slovakiyada, nə də bütövlükdə Avropada təhlükəsizlik olmayacaq. Biz birlikdə çalışmalıyıq ki, Ukraynanın qələbəsi yaxınlaşsın".