Ermənistan AB ilə yeni sənəd imzalamağa hazırlaşır
Ermənistan Avropa Birliyi ilə əməkdaşlıq üçün yeni sənəd hazırlayır.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
O, detallar barədə danışmasa da, sənədin iyulda imzalana biləcəyini bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Avropa Parlamenti Ermənistanın AB üzvlüyünə namizədliyi imkanlarını nəzərdən keçirmək üçün qətnamə qəbul edib.