Ermənistanda 2 dövlət məmuru həbs olundu

Ermənistanda Şirak vilayət administrasiyasının 2 əməkdaşı həbs olunub.

Ermənistanda 2 dövlət məmuru  həbs olundu
Ermənistanda Şirak vilayət administrasiyasının 2 əməkdaşı həbs olunub.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi yerli KİV-ə məlumat verib.

Məlumata görə, saxlanılan şəxslər Şəhərsalma İdarəsinin rəisi və böyük mütəxəssisidir. Onlar rüşvət almaqda ittiham olunurlar.

Qeyd edək ki, sözügedən şəxslər martın 15-də saxlanılıb. Onların biri ev dustaqlığına həbs edilib, digərinin isə ölkədən çıxışına qadağa qoyulub.