"Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir"

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhə maneə olan amili açıqlayıb.

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhə maneə olan amili açıqlayıb.

meqale.com APA-ya istinadən bildirir ki, Baş nazir Ermənistanın İctimai radiosuna müsahibəsində bunu Ermənistanın Müstəqillik Bəyannaməsi ilə əlaqələndirib.

Paşinyan diqqətə çatdırıb ki, Qarabağın adı keçən Müstəqillik Bəyannaməsi sülhə maneədir.

"Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq", - deyə o vurğulayıb.