Əsədin devrilməsi bu ölkəyə zərbə vurdu

Hindistan üçün Suriya Prezidenti Bəşər Əsəd rejiminin süqutu sadəcə regional güc dəyişikliyi deyil. Bu hadisə, Hindistanın enerji təhlükəsizliyi və geosiyasi məqsədləri üçün həyati əhəmiyyət kəsb edən Qərbi Asiyada strateji sabitliyi sarsıtmaq təhlükəsi yaradır.

meqale.com Hindistan mətbuatına istinadla xəbər verir ki, Əsədin hökuməti, mübahisəli statusuna baxmayaraq, İslam Dövləti (İD) kimi ekstremist qüvvələrə qarşı nisbətən sabitlik təmin edirdi. Mütəxəssislərin fikrincə, onun devrilməsindən sonra yaranan boşluq xaos yaradacaq, radikal qrupları gücləndirəcək və Hindistanın qlobal terrorizmə qarşı mübarizəsini, həmçinin diasporasının təhlükəsizliyini təhlükəyə atacaq.

Suriyada bazar günü baş verən hadisələr Hindistanla Qərbi Asiya ölkəsi arasında Yeni Dehlidə keçirilən xarici işlər məsləhətləşmələrindən bir qədər sonra baş verib.