Faciə qurbanlarına 1 milyon ianə etdi - FOTO
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada "Crocus City Hall" ticarət mərkəzində silahlı insident zamanı əziyyət çəkənlərə maddi yardım edib.
meqale.com axşam.az-a istinadən bildirir ki, sənətçi Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18451manat) ianə edib. Bu haqda ifaçı sosial şəbəkə hesabında bölüşüb.
Navai izləyicilərini də yardım etməyə çağırıb.