"Fənərbağça"nın futbolçusu La Liqa klubunda

"Fənərbaxça"nın futbolçusu Migel Kreşpu "Rayo Valyekano"ya keçib.

"Fənərbaxça"nın futbolçusu Migel Kreşpu "Rayo Valyekano"ya keçib.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı yarımmüdafiəçi La Liqa klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. Müqavilədə satınalma şərti də var.

Qeyd edək ki, 2021-ci ildən "Fənərbaxça"da çıxış edən Kreşpu bu mövsüm İstanbul klubunda 18 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib.