Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində "Musiqinin ruhu" adlı konsert proqramı baş tutub - FOTO

Ölkədə ilk dəfə keçirilən Fikrət Əmirov  I Ümumrespublika Musiqi Festivalı çərçivəsində festivalın üçüncü günü Azərbaycan Milli İncəsənət Muzeyində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti, Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə "Musiqinin ruhu" adlı konsert proqramı baş tutub.

Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində
Ölkədə ilk dəfə keçirilən Fikrət Əmirov  I Ümumrespublika Musiqi Festivalı çərçivəsində festivalın üçüncü günü Azərbaycan Milli İncəsənət Muzeyində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti, Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə "Musiqinin ruhu" adlı konsert proqramı baş tutub.

Konsertdə bəstəkarın "Min bir gecə" baletindən Şəhrizadın şənliyi, Orgiya, Zərrin Əliyevanin ifasında Sevgi rəqsi, həmçinin "Nizami" simfoniyası səsləndirilib.